Azərbaycanda bütün nəqliyyat növləri ilə yük və sərnişin daşımalarının sayı artıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımalarının sayı 90,9 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 6,8 faiz çoxdur.
Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunan dövrdə özəl sektorda yük daşımaları 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 5,3 faiz artıb. Yük daşımalarının ümumi həcmində bu sektorun payı 76,5 faiz olub.
Hesabat dövründə sərnişin daşımaları 742,8 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 19 faiz çoxdur.
Sərnişinlərin böyük hissəsi (87,1 faiz) avtonəqliyyatla, 12,4 faizi metropolitenlə, 0,5 faizi isə digər nəqliyyat növləri ilə daşınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər