İran XİN rəhbəri Putinin köməkçisi ilə Rəşt-Astara dəmir yolu layihəsini müzakirə edib
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Rusiya Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.
Abdullahian iki ölkə arasında münasibətləri müsbət və səviyyəli adlandırıb.
Levitin İranı Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması münasibətilə təbrik edib.
Görüşdə tərəflər Rəşt-Astara dəmir yolu layihəsinin tikintisi ilə bağlı son vəziyyətə dair fikir mübadiləsi aparıb.
Tərəflər həmçinin İran, Rusiya və Azərbaycan arasında tranzit üzrə üçtərəfli anlaşma memorandumunu müzakirə ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox