Rusiyanın itkilərinin sayı açıqlanıb
Ukrayna ordusu son sutkada Rusiyanın daha 670 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi döyüş itkilərinin sayı 231 700 nəfərə çatıb.
www.anews.az
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi döyüş itkilərinin sayı 231 700 nəfərə çatıb.
UNİAN-nın məlumatına görə, Rusiyaya məxsus 3 tank, 9 zirehli döyüş maşını, 36 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Baş Qərargahın iyulun 5-i səhər saatlarına olan məlumatına görə, Avdiivka , Baxmut, Maryinski və Limanski istiqamətlərində şiddətli döyüşlər davam edir, gün ərzində bu ərazilərdə 40-a yaxın döyüş olub.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox