• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

KazTransOil BTC ilə neft ixracını artırıb

KazTransOil BTC ilə  neft ixracını artırıb
05.07.2023 18:44
"KazTransOil" SC (KTO) 2023-cü ilin ikinci rübündə Tengiz yatağından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə neft ixracını 347,1 min tona kimi çatdırıb. Bunu KTO-nun mətbuat xidmətindən bildirilib.

Şirkət xatırladıb ki, bu ilin yanvar-martında BTC ilə  "Tengiz" yatağından  ixrac üçün 19,2 min ton neft göndərilib. Beləliklə, aprel-iyunda həcmlər 18 dəfə artıb.

Şirkət ötən ilin eyni dövrü ilə müqayisə aparmayıb.

Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirmək üçün BTC vasitəsilə ixraca başlayıb. Daşıma Azərbaycan Dövlət Neft Şirkəti ilə "KazMunayQaz” arasında bağlanmış müqavilə çərçivəsində həyata keçirilir. Bu müqaviləyə əsasən Tengiz neftinin BTC vasitəsilə ixracı 2023-cü ilin martında başlayıb.

Qazaxıstanla Azərbaycan arasında 2023-cü ildə BTC ilə 1,5 milyon ton neftin nəqlinə dair razılıq əldə olunub, hazırda bu həcmlər "Tengizşevroyl”un (Tengiz və Korolevskoye yataqlarının işlənməsi üzrə operator) rhasil etdiyi neft hesabına həyata keçirilir. .

BTC neft kəmərinin uzunluğu 1768 min km, ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır. 2022-ci ildə BTC neftinin ixracı 225,445 milyon barel (2021-ci illə müqayisədə +12,6%) təşkil edib.

"KazTransOil” SC magistral neft kəmərlərinin milli operatorudur və "KazMunayQaz” NK SC qrupuna daxildir. Bu şirkət uzunluğu 5,4 min km olan şaxələndirilmiş magistral neft kəmərləri şəbəkəsinə malikdir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Banklardakı valyuta hərraclarındakı satış azalıb
İqtisadiyyat 12:36
Banklardakı valyuta hərraclarındakı satış azalıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 16:38
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Günün məzənnəsi
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol