Türkiyədə inflyasiya 38,2%-ə qədər azalıb

İyunda Türkiyədə inflyasiya 38,2%-ə qədər azalıb ki, bu da 2021-ci ilin dekabrından bəri ən aşağı göstəricidir. Bu barədə ölkənin statistika qurumu (TÜİK) məlumat yayıb.
Türkiyədə iyunda inflyasiya 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə, illik ifadədə 38,2% düşüb.
Mayda ölkədə istehlak qiymətləri əvvəlki ilin eyni ayına nisbətən 39,6% bahalaşıb.
İyunda kommunal xidmətlərin qiymətlərinin artımı bir ay əvvəlki 20,7%-dən 14,8%-ə, nəqliyyat xidmətlərinin qiymətləri 23,7%-dən 21%-ə qədər azalıb. Mebel, məişət texnikası və tibbi xidmətlərin qiymətlərinin artım tempi də səngiyib.
Eyni zamanda, ərzaq məhsullarının qiymətləri 54% , yəni son üç ayda ən çox (mayda 52,5%) bahalaşıb.
Ərzaq, enerji, tütün və qızıl xərclərini nəzərə almasaq, baza inflyasiyası iyunda bir ay əvvəlki 46,6%-dən 47,3%-ə yüksəlib.
Ötən ay Türkiyədə istehlak qiymətləri may ilə müqayisədə 3,92% artıb ki , bu da son beş ayın ən yüksək göstəricisidir.
Türkiyə Mərkəzi Bankı iki ildən artıq müddətdə ilk dəfə olaraq iyunda uçot dərəcəsini artırıb. Yeddi günlük REPO əməliyyatları üzrə faiz dərəcəsi dərhal 6,5 faiz bənd qaldıraraq 8,5 faizdən 15 faizə kimi artırıb.
Türkiyə Mərkəzi Bankının yeni rəhbəri daha əvvəl Goldman Sachs Group Inc.-də, eləcə də First Republic Bank-da rəhbər vəzifələrdə çalışan Hafize Qaye Erkan olub. Erkan Türkiyə Mərkəzi Bankına rəhbərlik edən ilk qadındır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər