İran Beynəlxalq Məhkəməyə verildi
Kanada, İsveç, Ukrayna və Böyük Britaniya Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırıb.
Məlumata görə, bu yolla İranın 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 reysinin qanunsuz vurulmasına görə məsuliyyət daşımasının təmin edilməsi planlaşdırılır.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
İddia ərizəsində vurğulanır ki, İran digər pozuntularla yanaşı, PS752 reysinin hərbi qüvvələrinin üzvləri tərəfindən məhv edilməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görməyib. Ölkə beynəlxalq standartlara uyğun olaraq tam, şəffaf və qərəzsiz ibtidai istintaq və məhkəmə prosesini həyata keçirə bilməyib.
2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehran səmasında İran hərbçiləri tərəfindən vurulub. Hadisənin qurbanları Ukrayna vətəndaşları da daxil olmaqla, 167 sərnişin və 9 ekipaj üzvü olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox