Kiyevdə məhkəmə binasında partlayış baş verib
Kiyevin Şevçenko Rayon Məhkəməsinin binasında partlayış baş verib.
"RBC-Ukrayna" və "Strana" nəşrlərinin məlumatına görə, partlayışı 2015-ci ildə Ukrayna Ali Radası qarşısında mitinq zamanı terror aktında ittiham olunan "Siç" könüllülər batalyonunun döyüşçüsü İqor Qumenyuk törədib.
www.anews.az
Xarici KİV-in məlumatına görə, ölkənin daxili işlər naziri İqor Klimenko məhkəmə binasında "fövqəladə insident" baş verdiyini və polisə partlayış barədə məlumat daxil olduğunu təsdiqləyib.
İlkin məlumata görə, bunu məhkəmə iclasına gətirilən şəxs təşkil edib. Kiyev hərbi administrasiyası partlayışın məhkəmənin tualetində baş verdiyini bildirir.
Hadisə yerində istintaq-əməliyyat qrupu, xüsusi təyinatlılar və kinoloqlar işləyir. Məhkəmə binasının ətrafı mühasirəyə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox