“Threads” sosial şəbəkəsi dünyanın ən sürətli böyüyən tətbiq rekorunu qırıb

"Threads” sosial şəbəkəsi bir neçə saat ərzində dünyanın ən sürətli 10 milyon istifadəçiyə sahib olan sosial media şəbəkəsi olub.
Metanın sahibi Mark Zukerberq iyulun 6-da yayımlanan "Threads" sosial şəbəkəsində paylaşım edərək bu tətbiqin cəmi 7 saat ərzində 10 milyon istifadəçisi olduğunu bildirib.
"Twitter"in sahibi İlon Maskın "Twitter"ə bir gündə oxuya biləcəyiniz tvitlərin sayına məhdudiyyət qoymasından sonra "Twitter" istifadəçiləri tətbiqi tərk etməyə başlayıb. Bunun üzərinə Zukerberq "Instagram" tətbiqinə bağlı olan "Threads" proqramını buraxıb.
Yarandığı ilk gündən 30 milyon istifadəçisi olan proqram, tarixin ən sürətlə böyüyən tətbiqi oldu.
Cəmi bir neçə ay əvvələ qədər bu rekord "ChatGPT"ə məxsus idi. "ChatGPT" 40 gün ərzində 10 milyon istifadəçiyə çataraq bu rekorda imza atmışdı.
www.anews.az

Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər