Faydalı qazıntıların çıxarılması ilə əlaqədar 364 monitorinq keçirilib - Samir İdayətov

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar 364 istismar sahəsində monitorinq keçirilib. Bunu mətbuat konfrasında Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.
"Respublika ərazisində faydalı qazıntıların çıxarılması ilə əlaqədar 2020-ci ildə 190, 2021-ci ildə 512, 2022-ci ildə 440, cari ilin altı ayında isə 364 olmaqla, ümumilikdə 1506 istismar sahəsinə monitorinq keçirilib",- Samir İdayətov əlavə edib.
O əlavə edib ki, 342 qanunsuz fəaliyyət ilə əlaqədar müvafiq hüquqi tədbirlər həyata keçirilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 