Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Rusiyanın ölkəyə genişmiqyaslı işğalının 500 günü ərzində Ukrayna Silahlı Qüvvələrinin uğurları haqqında yazı dərc edib.
Ukrayna KİV xəbər verir ki, o, uğurlu əməliyyatlar arasında 2022-ci ilin oktyabrında Krım körpüsünə vurulan zərbəni qeyd edib.
"Rusların maddi-texniki təminatını pozmaq üçün Krım körpüsünə ilk zərbənin endirilməsindən 273 gün ötür”.
Rusiya mətbuatı iyulun 9-da səhər saatlarında müdafiə nazirinin müavini postuna diqqət çəkərək, belə bir nəticəyə gəlib ki, bu yolla "Ukrayna Müdafiə Nazirliyi Kiyevin Krım körpüsündə terror aktı təşkil etdiyini tanıyıb” .
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Malyarın yazısına cavab olaraq Ukrayna hakimiyyətini "terrorçu rejim” adlandırıb .
Krım körpüsündə partlayış 2022-ci il oktyabrın 8-də səhər saatlarında baş verib. Yük maşını keçiddə partlayıb, bundan sonra körpünün dəmir yolu hissəsində yanacaq çənləri yanıb. Rəsmi məlumatlara görə, incident nəticəsində dörd nəfər ölüb. Rusiya İstintaq Komitəsi hücumla bağlı cinayət işi açıb. Bu il mayın 5-də Krım körpüsündə dəmir yolu hərəkəti tamamilə bərpa edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox