• $
  • £

Azərbaycan gəmiqayırma zavodu tikmək niyyətindədir

Azərbaycan gəmiqayırma zavodu tikmək niyyətindədir
11.07.2023 20:30
2023-cü ilin birinci yarısında Azərbaycanın xarici ticarət profisiti 10 milyard dollara yaxın olub. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.

"Azərbaycanın xarici ticarət saldosu müsbətdir, onun müsbət saldosu çox yüksək səviyyədədir, haradasa 10 milyard dollar civarındadır", - çərşənbə axşamı Əliyev ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə bildirib.

"Əgər bu templər qorunub saxlanılsa, onda təsəvvür edin ki, ilin sonuna kimi biz hansı göstəricilərə nail olacağıq və təbii ki, bu, makroiqtisadi sabitliyin təmin olunmasına birbaşa təsir göstərəcək”, -  İlham Əliyev bildirib.
 
O, həmçinin ölkənin gəmiqayırma potensialının artırılmasını zəruri hesab etdiyini də deyib. 

"Biz Xəzərdə gəmiqayırma imkanlarımızı nəzərdən keçirməliyik, çünki qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz hazırkı ixrac imkanlarımıza uyğun  idi. Uzun illər üzən gəmilərin istismardan çıxarılmasını da nəzərə alırıq. Çünki onlar köhnəlir  və yenilənməlidirlər”, - Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün həm ölkədə, həm də qonşu ölkələrdə tələbat daha da böyükdür. "Beləliklə, ola bilsin ki, nə vaxtsa biz gəmiqayırma zavodunun istehsal sahələrini işə sala və genişləndirə bilək", - prezident bildirib.

Əliyev xaricdən gələn sifarişləri çox müsbət hal kimi qiymətləndirib.

"Bu, onu göstərir ki, biz hər şeyi vaxtında görürük”, - Prezident qeyd edib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol