Azərbaycanda inflyasiyanın ikirəqəmli olması arzuolunan deyil - İlham Əliyev

Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib.
"Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil", - İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib..
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 