Azərbaycanda neft hasilatı azalıb
2023-cü ilin yanvar-iyununda Azərbaycanda neft hasilatı ötən ilin eyni dövründəki 16,5 milyon tondan 15,2 milyon tona qədər azalıb . Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov çərşənbə günü Twitter səhifəsində bildirib.
Yanvar-iyunda qaz ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artaraq 12 milyard kubmetr təşkil edib.
Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana 1,3 milyard kubmetr, Avropaya 5,7 milyard kubmetr ixrac edilib.
O cümlədən TANAP kəməri ilə Türkiyəyə qaz ixracı 2,8 milyard kubmetr təşkil edib.
Nazir həmçinin qeyd edib ki, 2023-cü ilin yanvar-iyununda qaz hasilatı ötən ilin yanvar-iyunundakı 23,4 milyard kubmetrdən 24,1 milyard kubmetrə kimi artıb.
2022-ci ildə Azərbaycanda neft hasilatı 32,6 milyon ton, ixrac isə 26,3 milyon ton təşkil edib.
Azərbaycanın neft hasilatının 70%-i Britaniyanın bp şirkətinin idarə etdiyi şirkətlər konsorsiumu tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli yatağından əldə edilir.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox