Altı ayda inflyasiya 12,7% təşkil edib

2023-cü ilin altı ayında Azərbaycanda inflyasiya 112,7% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Mayda illik inflyasiya 13,1% təşkil edib.
6 ayda istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 %, qeyri-ərzaq məhsulları üzrə 111,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 % təşkil edib.
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 