Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı açıqlanıb
Ukraynada müharibə nəticəsində 494 uşaq ölüb, 1052-si yaralanıb. Bu barədə Ukraynanın Baş Prokurorluğu açıqlayıb.
Bildirilir ki, müharibə nəticəsində 831 uşaq isə itkin düşüb.
Ukraynanın Mariupol şəhərindəki uşaq itkiləri statistikaya daixl edilməyib.
Qurumdan verilən açıqlamada Rusiya bombardmanları nəticəsində 1635 təhsil müəssisəsinin zərər gördüyü, onlardan 126-nın tamamilə məhv edildiyi qeyd edilib.
"Bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir",- qurumdan vurğuanıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox