• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Putin Krım tatarlarının ağsaqqalını görüşə dəvət edib

Putin Krım tatarlarının ağsaqqalını görüşə dəvət edib
11.03.2014 18:00
Ukrayna Ali Radasının üzvü, Krım Tatar Məclisinin sabiq sədri Mustafa Abdulcəmil Krımoğlu Rusiya prezidenti Vladimir Putinlə görüşə dəvət edilib.APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, bunu Mustafa Abdulcəmilin özü deyib. Onun fikrincə, Kremldə onunla Krımda yaranmış vəziyyəti müzakirə edərək Krım tatarlarını öz tərəflərinə çəkməyə cəhd göstərəcəklər. M. Abdulcəmil hələlik görüşə gedib-getməməklə bağlı qərar vermədiyini söyləyib: “Rəhbərliklə məsləhətləşməliyəm. Aydındır ki, mənimlə Rusiya qoşunlarının Krımdan çıxarılmasını müzakirə etməyəcəklər, nəsə təklif edəcəklər”.   Krım tatarlarının ağsaqqalı dəvətin şəxsən V. Putindən gəldiyini vurğulayıb. Xatırladaq ki, Ukrayna dövlətinə sadiq olan Krım tatarları muxtar respublikada separatçılığı və Rusiyaya birləşməklə bağlı qərarları rədd edirlər. Mustafa Abdulcəmil Krımoğlu (Cəmilov) 1943-cü ildə Krımda doğulub. 1944-cü ildə - 6 aylıq körpə olarkən Krım tatarlarının Özbəkistana deportasiyası zamanı ailəsi ilə birlikdə vətəni tərk edib. Sovet dövründə Krım tatarlarının hüquqları uğrunda mübarizəsinə görə müxtəlif vaxtlarda 15 ilə yaxın həbsdə və sürgündə qalıb. 1986-cı ildə azad edilib. 1989-cu ildə ailəsi ilə birlikdə Krıma – Bağçasaraya qayıdıb. 1998, 2002, 2006, 2007, 2012-ci illərdə Ukrayna milli-demokratik partiyalarının siyahısından Ukrayna Ali Radasının deputatı seçilib. Hazırda Yuliya Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının üzvüdür.    ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
Dünya 13:37
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Dünya 11:58
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Dünya 09:28
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Dünya 09:14
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Dünya 09:00
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Dünya 23:35
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Dünya 23:00
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Dünya 22:50
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol