Rusiya daha 510 hərbçisini itirib
Ukrayna ordusu son sutkada Rusiyanın 510 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, son sutkada Rusiyaya məxsus 2 tank, 9 zirehli döyüş maşını, 27 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
www.anews.az
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi itkilərinin sayı 236 040 nəfərə çatıb.
Bildirilir ki, Rusiya ordusu ümumilikdə 15 pilotsuz uçan aparatından istifadə edib, lakin müdafiə qüvvələri 11 zərbə ilə PUA-nı məhv edib.
Rusiya qüvvələri son sutkada çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 60-dan artıq hava zərbəsi endirib.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox