• $
  • £

6 ayda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

6 ayda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
13.07.2023 10:35
2023 cü ilin altı ayında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 13 907,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunu energetika naziri Pərviz Şahbazov bildirib.

"6 ayda İstilik Elektrik Stansiyaları (İES) üzrə 12 826,1 milyon kilovat-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 081,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bərpa olunan mənbələrdən enerji istehsalının 82,4 %-i və yaxud 891 milyon kilovat-saatı Su Elektrik Stansiyalarının (SES), 126,8 milyon kilovat-saatı "Təmiz Şəhər" ASC-yə məxsus Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun (BMTZ), 32,3 milyon kilovat-saatı günəş elektrik stansiyalarının (GES), 31,7 milyon kilovat-saatı külək elektrik stansiyalarının (KES) payına düşüb", -  nazir  tviter hesabında yazıb. 

O bildirib ki, hesabat dövründə elektrik enerjisinin ixrac həcmi 1 265,2 milyon kilovat-saat, idxal həcmi isə 137,5 milyon kilovat-saat olub.
 
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb. Ötən il Azərbaycan 3 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edib, 137,1 milyon kilovat-saatdan çox elektrik enerjisi idxal edib.
 
2023-cü ilin yanvar-aprelində elektrik enerjisinin idxalı 41,1 mln. kVt·st olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 1 244,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 725,6 mln. kVt·st artıb.

Hesabat dövründə Azərbaycanın istilik elektrik stansiyaları (İES) 27 milyard kilovat-saatdan çox, su elektrik stansiyaları (SES) 1,5 milyard kilovat-saat, külək elektrik stansiyaları (KES) 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyaları (GES) 60,9 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodunun İES-ləri 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol