• $
  • £

Quş qripi epidemiyaları insanlar üçün təhlükə yaradır

Quş qripi epidemiyaları insanlar üçün təhlükə yaradır
13.07.2023 17:06
2023-cü ildə ümumilikdə 14 ölkədə epidemiya halları qeydə alınıb. Bu barədə, Ümumdünya Səhiyyə Təşkilatı  məlumat verib.
 
Təşkilat bildirib ki, A(H5N1) qripi 2.3.4.4b viruslarının vəhşi quşlarda bir neçə kütləvi ölüm hadisəsinə səbəb olub.

Quş qripinin hal-hazırkı epidemiyaları ev quşları, çöl quşları və bəzi məməlilər də daxil olmaqla heyvan populyasiyalarında çətinliyə  səbəb olub, fermerlərin dolanışıq vasitələrinə və ərzaq ticarətinə ziyan vurub. Bu virus əsasən heyvanlara təsir etsə də, bu epidemiyalar insanlar üçün davamlı risklər yaradır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) ölkələri mümkün qədər çox heyvanı xilas etmək və insanları qorumaq üçün sektorlar üzrə birgə işləməyə çağırıb.

"Quş qripi virusları normal olaraq quşlar arasında yayılır, lakin məməlilər arasında H5N1 quş qripinin aşkarlanması hallarının artması narahatlıq yaradır. Bundan əlavə, bəzi məməlilər qrip virusları üçün daşıyıcı  rolunu oynaya bilər, bu da heyvanlar və insanlar üçün daha zərərli ola biləcək yeni virusların yaranmasına səbəb ola bilər”, - WOAH-ın Elm Departamentinin rəhbəri Dr. Qreqorio Torres bildirib.

Virusun məməlilər, o cümlədən insanlar arasında daha asan yayılmasına kömək edə biləcək virusda hər hansı dəyişikliyi müəyyən etmək üçün araşdırmalar davam edir.

AQTA-nın bu ilin 10-14 aprel tarixlərində ölkə ərazisində keçirdiyi epizootoloji monitorinqlərdə vəhşi quşlara ümumi baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 70 baş müxtəlif növ vəhşi quşun patoloji materialları götürülüb. 

Əlavə olaraq monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb və xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

2022-ci ildə beş qitənin 67 ölkəsi ev quşlarında və çöl quşlarında H5N1 yüksək patogenli quş qripi epidemiyaları barədə məlumat verib, təsirə məruz qalmış fermalarda və kəndlərdə ölüm və ya kəsilmə nəticəsində 131 milyondan çox ev quşu itib.
 
Rabia Hale Seferoğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol