Azərbaycanda sənaye məhsulu azalıb

2023-cü ilin yanvar-iyununda ölkədə 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın iqtisadi artımının azalmasının səbəbləri çoxdur.
"Problem ondan ibarətdir ki, Azərbaycanda neft hasilatı da kəskin aşağı düşür. Neftin qiyməti də gözləntilərdən daha aşağı oldu. Azərbaycanın ikinci strateji məhsulu olan qazın qiymətlərində keçən il ciddi artım olsa da, artıq aşağı düşməkdədir. Bütün bunlar Azərbaycanda ÜDM-in həcminin və artım tempinin zəifləməsinin əsas səbəbi oldu. Təəssüf ki, qeyri-neft sektoru gözlənilən effekti vermir",- iqtisadçı bildirib.
Bu ilin 6 ayında neft-qaz sektorunda məhsul istehsalı 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17,0 faiz artıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər