• $
  • £

Ukrayna NATO-ya yalnız müharibə bitdikdən sonra qoşula bilər - Zelenski

Ukrayna NATO-ya yalnız müharibə bitdikdən sonra qoşula bilər - Zelenski
13.07.2023 17:12
11-12 iyul tarixlərində olan Vilnus sammiti prezident Bayden və Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynanın NATO-ya qəbulu yalnız müharibə bitdikdən sonra baş tutacağına qərar verməsi ilə sonlanıb. 

Sammit ərəfəsində Zelenski Ukraynanın hərbi alyansa dəvət olunması üçün kampaniya aparıb. Çərşənbə günü Yeddilik Qrupu ölkələri - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ Ukraynaya "sarsılmaz" dəstək haqqında birgə bəyannamə yaysa da, bu tələb sonda təmin edilməyib. Ayrı-ayrılıqda NATO liderləri də Kiyevə təhlükəsizlik təminatı və əlavə maliyyə təklif ediblər.

"Birləşmiş Ştatlar sizə silah çatdırmaq üçün əlindən gələni edir”, -  Bayden Zelenskiyə bildirib. Zelenski ABŞ-a davam edən hərbi yardıma, o cümlədən Baydenin Ukraynaya geniş şəkildə qadağan olunmuş kasetli sursatların tədarükünü təsdiqləməklə bağlı son qərarına görə təşəkkür edib.
 
 
"Görüş planlaşdırıldığından ən azı iki dəfə uzun və lazım olduğu qədər mənalı idi",  -  Zelenski Twitter-də yazıb:

O, "uzun müddətli dəstək. Silahlar. Siyasət.” mövzusuna toxunduqlarını söyləyib. 

Baş katib Yens Stoltenberq Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında Ukraynanın "müttəfiqlər şərtlərin yerinə yetirildiyi barədə razılığa gələndə” NATO-ya üzv olmağa dəvət edəcəyini bildirib.

Vilnusdə keçirilən sammit NATO-nun Ukraynaya ölkənin hərbi alyansa üzvlüyü ilə bağlı açıq vaxt cədvəli vermədən çərşənbə günü bağlanıb. Lakin ayrı-ayrı şərhlərdə prezident Bayden və Ukrayna prezidenti Voladimir Zelenski bəzi əlavə fikirlər  irəli sürüb və hər biri Ukraynanın NATO-ya üzvlüyünün yalnız müharibə bitdikdən sonra baş verəcəyini başa düşdüklərini söyləyiblər. 
 
Rabia Hale Seferoğlu

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Türkiyəyə raket atmadığını bəyan edib
Dünya 10:08
İran Türkiyəyə raket atmadığını bəyan edib
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol