• $
  • £

Bu il dövlət qurumlarında aparılan audit və nəzarət tədbirlərinin sayı açıqlanıb

Bu il dövlət qurumlarında aparılan audit və nəzarət tədbirlərinin sayı açıqlanıb
13.07.2023 18:17

2023-cü ilin İş Planına əsasən hesabat ilinin birinci yarımilində Hesablama Palatasının Kollegiyası tərəfindən 31 kənar dövlət maliyyə nəzarəti tədbirinin, o cümlədən 2 auditin "Dövlət sirri haqqında” qanunun uyğun olaraq keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Bu barədə məlumat Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.

Qeyd edilib ki, nəzarət obyektlərinin 5-də ilk dəfə nəzarət tədbirinin keçirilməsinə başlanılmış, 9 layihə və proqram əvvəlki auditlərlə əhatə olunmayıb.

Nəzarət obyektləri arasında 12 mərkəzi icra hakimiyyəti orqanı, 8 publik hüquqi şəxs, 3 dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 1 büdcədənkənar dövlət fondu, 6 mərkəzi icra hakimiyyəti orqanı tabeliyində və yanında olan təşkilat, 1 təhsil müəssisəsi və digər təşkilati-hüquqi formaya malik qurumlar olub.

Hesabat dövründə uyğunluq auditinin payı ümumi portfeldə üstünlük təşkil edib. 2023-cü ilin ilk 6 ayı ərzində 2 səmərəlilik auditinin keçirilməsi ilə bağlı kollegiya qərarı qəbul edilib. Səmərəlilik auditləri Azərbaycan Respublikasında uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində həyata keçirilən fəaliyyətin və toxumçuluq sahəsində fəaliyyətin nəticəliliyinin qiymətləndirilməsi mövzularını əhatə edir. Qeyd edək ki, həyata keçirilən bir sıra auditlərdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən də istifadə edilməkdədir.

Baxılan dövr ərzində 11 nəzarət tədbirinin, o cümlədən 10 audit (8-i uyğunluq, 1-i maliyyə auditi və 1-i səmərəlilik auditi olmaqla) və 1 analitik fəaliyyətin nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilmişdir. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin İş Planı üzrə 4 nəzarət tədbiri keçirilməsi ilə bağlı qərar qəbul edilib, 2-si başa çatdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol