Rusiyanın 550 hərbçisi məhv edilib- KİV
Ukrayna ordusu son sutkada Rusiyanın 550 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi döyüş itkiləri sayı 236 590 nəfərə çatıb.
www.anews.az
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi döyüş itkiləri sayı 236 590 nəfərə çatıb.
Məlumata görə, son sutkada Rusiyaya məxsus 5 tank, 9 zirehli döyüş maşını, 24 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Baş Qərargahının səhər hesabatına görə, gün ərzində 30-a yaxın toqquşma baş verib, 15-dən çox yaşayış məntəqəsi atəşindən zərər çəkib.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox