Ukrayna ölən 62 hərbçisinin meyitini geri qaytarıb
Ukrayna müvəqqəti işğal olunmuş ərazilərindən 62 ukraynalı hərbçinin meyiti geri qaytarılıb. Bu barədə Ukraynanın İnteqrasiya Nazirliyinin "Telegram" hesabında məlumat verilib.
Bildirilib ki, onlardan dördü yaralı və ya xəstə olarkən lazımi tibbi xidmət göstərilməməsi nəticəsində düşmən əsirliyində həlak olub.
"Həlak olan əsgərlərin meyitlərinin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilir. Müdafiəçilərimizin cəsədləri şəxsiyyəti müəyyən edildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün yaxınlarına təhvil veriləcək”, - məlumatda bildirilib.
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi döyüş itkiləri sayı 236 590 nəfərə çatıb.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox