Qadağan olunmuş yerlərdə velosiped və skuterlər hərəkət edir - Ekspertlər nə deyir?
Bakıda xüsusilə də Bakı bulvarı ərazisində velosiped və skuter sürücülərinin axını ilə bağlı narahatlıqlar artıb. Bu alternativ nəqliyyat növlərinin populyarlığı artdıqca, sakinlər onların mövcudluğundan irəli gələn çətinliklərlə mübarizə aparırlar. İstirahətdən həzz almaq və təhlükəsizlik arasındakı toqquşma bu nəqliyyat vasitələrinin şəhər mənzərəsi daxilində düzgün tənzimlənməsi və inteqrasiyası ilə bağlı qızğın müzakirələrə səbəb olub.
"Bu məsələ çox ciddidir, çünkü bulvarda velosipedlər və skuterlər üçün xüsusi zonalar yaradılsa da, hələ də bəzi insanlar xoşlayır ki, insanların dincəldiyi yerlərə və ya insanların üstünə sürsünlər. Əgər bu insanlar üçün daha uyğun yerdə şərait yaradılırsa amma onlar bunu başqa cür qəbul edib qayda qanun pozurlar, və onlara icazə verilməyən yerlərdə sürməyə üstünlük verirlərsə, mən düşünürəm ki bu onların təxəyyülü ilə bağlı olan bir məsələdir. Ancaq düşünürəm ki, velosiped və skuterlər ekoloji nəqliyyat olaraq təşviq olunmalıdır. İnsanlar daha çox bu nəqliyyat formalarına maraq göstərməlidirlər. Avtomobildən çox, skuterə velosipedə üstünlük verməlidirlər. Amma təbii ki, həyatı bahasına yox, başqa insanların istirahətini pozacaq qaydada yox. Biz təbliğ eləyirik ki, onlar işə yaxud başqa bir xırda işin arxasınca velosipedlə və ya skuterlə getsinlər. Amma istirahət günü gedib insanlara təhlükə yaratmaq və ya onları zədələmək təbii ki olmaz. Dünya təcrübəsində artıq biz görürük ki, dünyanın bir çox ölkələri ilkin mərhələdə skuterlərin hərəkətini qanuniləşdirsə və icazə versə də, sonradan bir çox ölkə bunu qadağan edib. Həsab eləyin, biz dünyanın inkişaf etmiş ölkələrindən danışırıq, bu ölkələr konkret qadağa qoyublar skuterlərin fəaliyyətinə. Yəqin ki, biz də bu problemi daha global şəkildə yaşayandan sonra bizdə də müəyyən qaydalar sərtləştiriləcək, hətta qadağalar tətbiq olunacaq”, - Nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Bu problemlərlə bağlı tədbir görüləndə sadəcə bulvarın sakinləri üçün yox bulvarı idarə edən adamlar üçün də tədbir görülsün. Elməddin Muradlı ifadə edib.
"Bulvarda əgər tamamilə skuter sürmək qadağası qoyulsa, deyək ki, orada skuter biznesi quran adam çıxıb desə ki "bəs mən bu skuterlərə bu qədər pul verib alıb gətirmişəm, pulumu çıxartmalıyam”. Görünür o pulun qabağında aciz qaldılar, yenidən icazə verdilər. Bu qadağanı qüvvədə saxlaya bilmədilər. Bulvarda bu gün indi yerimək olmur, nə qədər narahatçılıq olduğuna görə, velosiped bir tərəftən, həyvanlarını gətirənlər digər tərəftən. Sanki, bulvardan çox meşəni hatırladır. Yəni bütün yazılmış və yazılmamış qanunlar burada işləyir. Ona görə də düşünürəm ki, ümumiyyətlə tədbir görüləndə sadəcə bulvarın sakinləri üçün yox bulvarı idarə edən adamlar üçün də tədbir görülsün. Bu adamlara da soruşmaq lazımdır ki, bulvar dağılır siz hara baxırsınız bu sizin şəxsi əmlakınız deyil, sizi bura təyin ediblər, nəzarət etməlisiniz. Bir gün qadağan edirsiniz, sabah icazə verirsiniz. Bütün bu problemlərdən insanlar rahat bulvarda gəzə bilmir. Bu məsələdə, İcra Hakimiyyətindən tutmuş yol təsərrüfatına cavabdəh olan qurumlara qədər bütün nəqliyyat sisteminə cavabdəh olan qurumların məsuliyyəti var”, - ekspert vurğulayıb.
O həmçinin bildirib ki, bu problemlər başqa ölkələrdə də yaşanıb və biz o ölkələrə baxıb qabaqlayıcı tədbirlər görməliyik.
"Velosiped və skuter sürənlər zolaqdan kənara çıxanlardır. Bunlara yol vermək lazımdır. Yol yoxdur axı, ölkədə piyada üçün yol yoxdur, velosiped sürmək üçün yol yoxdur. Neynəsin bu insanlar? Dünyanın hər yerində bu yollar çəkilib. Bizdə vaxtında səki zəbt olunubsa, bunu necə eləmək olar? Binəqədidən yolu gedirsən Mərkəzi Seçki Komissiyasının qarşısından aşağı Rəsulzadə küçəsinə tərəf səki yoxdur. Bu yerdə yaşayan insan nətər skuter və ya velosiped sürsün? Mütləq qəzadır bunun sonu. Ona görə də, bu fəlakətli bir məsələdir, bunun heç bir izahı yoxdur. Bunun da günahı təkcə bu adamda deyil, yol infastrukturunun olmamasındadır. Ona görə də, mən heç bir velosiped və ya skuter sürəni qınamağın tərəfdarı deyiləm. Bunlara kiçik bir zolaq yaratmısan amma orada da məhdudiyyət yaradırsan. Ona görə də, bütün bunları yanlış həsab edirəm. Belə şey olmaz. Skuter sürmək həm də tıxacın qabağını alan bər şeydir. Məsələdə heç bir müsbət dəyişiklik olacağını da gözləmirəm. Bələdiyyə olurdu, yolu çəkirdi başqa məsələləri həll eləyirdi. Bu da yoxdur, bəs kim nəzarət eləyəcək? Nəzarət elədi, nə eləyəcək? İnsana deyəcək eləmə, velosiped sürmə, skuter sürmə, sürməyim, yaxşı burada sürmürəm. Yol ver sürüm. Ona görə də, boş şeydi kimsə nəzarət etsin. Elə nəzarət edən 100 dənə qurum var, elə nəzarət edən qurumlar bu sahədə problemi yaradan qurumlardır”, - Milli Məclisin Deputatı Fazil Mustafa açıqlamasında deyib.
Skuter və velosipedlərə şərait yaratmaq üçün bu şəhərdə infastruktur olmalıdır və bu yoxdur. Deputat Fazil Mustafa bildirib.
"Dənizkənarı Bulvar İdarəsi ancaq öz səlahiyyəti daxilində tədbir görür. Bulvarda icarəyə verilən skuterlərdə xüsusi bir tətbiq var, və bu tətbiq vasitəsi ilə yalnız dənizkənarı zolaq olmaqla digər yerlərdə və qadağan edici nişanların olduğu yerlərdə yox digər yerlərdə istifadə olunur skuterlər. Eyni zamanda maksimal sürət həddi 17 kilometr olaraq müəyyənləşib və o hədd keçilmir, bu tətbiq vasitəsi ilə. Digər şəxslər özləri ilə gətirdikləri skuterlərə gəlincə, onlar zolaqdan kənara çıxsalar bununla bağlı qadağan edici lövhələr var. Bulvar və Milli Parkta hər addım başına bu lövhələr quraşdırılıb. Və maksimal sürət həddinin 17 kilometr olduğuyla bağlı biz mətbuata press relizlər və müsahibələr göndərmişik, həm də ictimaiyyətə məlumatlar da ötürürük. Əgər burada sakin qaydalara özü riayət etmirsə, Dənizkənarı Bulvar İdarəsi tövsiyyə xarakterli məlumatlar verir. Yenə də deyirəm, Dənizkənarı Bulvar İdarəsi səlahiyyətləri çərçivəsində bu tədbirləri görür. Skuter istifadəçisi Bulvarda nişanlara görə hərəkət etməlidir. Və bu nişanları qoymaq Dənizkənarı Bulvar İdarəsinin məsuliyyətidir”, - Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Katibi söyləyib.
Rabia Hale Seferoğlu
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox