• $
  • £

Aqrar sığorta ilə bağlı vəziyyət müzakirə olunub

Aqrar sığorta ilə bağlı vəziyyət müzakirə olunub
14.07.2023 20:55
Aqrar Sığorta Fondunun rəhbərliyi ilə Azərbaycanda aqrar sığorta sahəsində fəaliyyət göstərən yeganə şirkət – «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin səhmdarlarının görüşü keçirilib.

Bu barədə Aqrar Sığorta Fondu xəbər verir.

Görüşdə, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin 2022-ci ildəki fəaliyyətinin yekunları, ölkədə aqrar sığortanın tətbiqi ilə bağlı vəziyyət və təsərrüfatların aqrar sığorta ilə təmin olunması ilə bağlı müzakirələr aparılıb.

İclasda Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bölgələrdə aqrar sığortanın daha geniş tətbiq edilməsinin və bu prosesdə özəl sığorta şirkətlərin də fəal iştirakının vacibliyini qeyd edib.

İclasda son aylar ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara dəyən zərər, aqrar sığorta ilə bağlı müraciətlərin artması və ümumilikdə bu hadisələr nəticəsində aqrar sığortaya marağın yüksəlməsi də qeyd edilib.

Səhmdarlar «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin qarşıdakı dövr üçün fəaliyyəti ilə bağlı müzakirələr aparıblar.
Xatırladaq ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC "Aqrar sığorta haqqında” qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur.
2020-ci ildə ölkənin 7 sığorta şirkəti tərəfindən təsis edilən "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirir.

Müştərək şirkətin təsisçiləri – "Paşa Sığorta” ASC, "Qala Sığorta” ASC, "Meqa Sığorta” ASC, "Azərbaycan Sənaye Sığorta” ASC, "Xalq Sığorta” ASC, "AZSIĞORTA” ASC, "Bakı Sığorta” ASC şirkətləridir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol