Çində 25 uşağı zəhərləyən müəllim edam edilib
Çində məhkəmə 25 şagirdini zəhərləyən və birini öldürən uşaq bağçası müəllimi Vanq Yunun edamını elan edib.
Xarici KİV xəbər verir ki, Çinin Henan əyalətinin Birinci Dairə Məhkəməsinin qapısına asılmış elana görə, uşaq bağçası müəlliməsi Vanq dünən edam olunub.
27 may 2019-cu ildə Vanqın Mengpeng uşaq bağçasında 25 şagirdin düyü sıyığına zəhərli natrium nitrat qarışdırmasından uşaqlar zəhərlənib, Vanq adlı şagird isə 10 aylıq müalicədən sonra orqan çatışmazlığından dünyasını dəyişib.
Bağça müəlliməsi Vanqın ərini daha əvvəl internetdən aldığı eyni maddə ilə zəhərləməyə çalışdığı bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox