• $
  • £

Azərbaycanla Çin arasında yeni saziş müzakirə edilir (FOTO)

Azərbaycanla Çin arasında yeni saziş müzakirə edilir (FOTO)
15.07.2023 12:43

Azərbaycanla Honkonq arasında ikiqat vergitutmanın aradan qaldırılması barədə saziş layihəsi üzrə danışıqlar keçirilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, iyulun 11-13 tarixlərində Çin Xalq Respublikasının Honkonq şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqların birinci raundu baş tutub.

Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi iştirak ediblər. Honkonq Xüsusi İnzibati Ərazisi tərəfindən isə Daxili Gəlirlər Departamentinin səlahiyyətli şəxsləri danışıqlara qatılıb.

Müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutma ilə bağlı bütün müddəaları üzrə tam razılıq əldə olunub, açıq qalan digər maddələrin razılaşdırılması istiqamətində qarşılıqlı olaraq müvafiq işlərin aparılacağı qərara alınıb. Sonda tərəflər razılaşdırılmış məsələlərlə bağlı sənəd imzalayıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol