Kanada 166 min xarici vətəndaşa daimi yaşayış icazəsi verir
Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Nazirliyi müharibədən qaçan və bu ölkədə məskunlaşan ukraynalılar üçün daimi yaşayış proqramı başladır.
Bu barədə Nazirliyin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, Kanadada hər hansı qohumu olan ukraynalılar üçün 2022-ci ilin martında başladılan Ukraynalılar üçün Təcili Səyahət İcazəsi proqramından 166 mindən çox insan faydalanıb.
Qərarın səbəbinin, müharibə səbəbiylə ölkəsini tərk edən ailələrə uzunmüddətli dəstək vermək olduğu qeyd edilib. Bildirilib ki, Kanadaya sığınmış ukraynalılar 22 oktyabr 2024-cü il tarixinə qədər bir il müddətinə bu proqrama müraciət edə bilərlər. Bu müddət ərzində proqramın tamamlanmasının hədəfləndiyi qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox