• $
  • £

Yelo Bank-ın növbəti rəqəmsal filialı Tovuzda!

Yelo Bank-ın növbəti rəqəmsal filialı Tovuzda!
18.07.2023 11:35
Yelo Bank filial şəbəkəsini genişləndirməyə və parlaq bankçılıq həllərini əlçatan etməyə davam edir. Bu dəfə Bank rəqəmsal konseptli daha bir filialını Tovuzda istifadəyə verdi. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər. Bunlarla yanaşı, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər, pul köçürmələri də etmək mümkündür. Yeni filial Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşir.


Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim olunacaq: "Xidmət şəbəkəmizi xüsusilə regionlarda genişləndirməyimizin əsas məqsədi ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Bu baxımdan Tovuzda geniş əməkdaşlıq potensialı görürük. Burda da ənənəvi bankçılıq modelindən ayrılıb, müştərilərimizə daha sürətli və daha rahat xidmət göstərməyi hədəfləyirik. Gələcək planlarımıza regionlarda rəqəmsal konseptdə daha bir neçə filial açmaq daxildir. Bununla ölkəmizdə yerli sahibkarlığın, eləcə də nağdsız ödənişlərin inkişafına təkan verəcəyimizə inanıram”.


Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan və Qəbələ filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın 18 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.


Onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 


Yelo Bank – Parlaq bankçılıq!
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol