• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Yanukoviç: “Mən Ukraynanın prezidenti və ali baş komandanıyam”

Yanukoviç: “Mən Ukraynanın prezidenti və ali baş komandanıyam”
11.03.2014 14:17
 Mən Ukraynanın prezidenti və ali baş komandanıyam. APA-nın məlumatına görə, bunu Rostov-na-Donu şəhərində jurnalistlər qarşısında çıxış edən Viktor Yanukoviç bəyan edib. Ukraynanın sabiq prezidenti ölümü haqda yayılan məlumatları təkzib edib: “Mən sağ-salamatam. Lakin özümü yaxşı hiss etdiyimi deyə bilmərəm, çünki Ukraynada baş verənləri həyəcanla izləyirəm. ABŞ və bəzi ölkələr deyir ki, mən prezident kimi legitim deyiləm və ölkədən qaçmışam. Heç bir yerə qaçmamışam”. Yanukoviç qeyd edib ki, mütləq Kiyevə qayıdacaq. Onun sözlərinə görə, Ukraynada mayın sonuna planlaşdırılan prezident seçkiləri qeyri-qanunidir. Sabiq prezident Ukraynanın yeni hakimiyyətini quldur rejimi adlandırıb və beynəlxalq ictimaiyyəti onları tanımamağa çağırıb. V.Yanukoviç həmçinin ABŞ Konqresinə və Senatına müraciət edəcəyini deyib. O, Obama administrasiyasının Ukrayna ilə bağlı siyasətinə qiymət verilməsini istəyəcək. V.Yanukoviç həmçinin bildirib ki, Ukraynada faşistlər artıq prezidentliyə iddia edirlər: “Kievdə və digər regionlarda vəziyyət gərgin olaraq qalır. Şəhərlərdə qara maskalılar əllərində silahla gəzirlər. Mən onların arxasında duran qara qüvvələrdən, Qərb ölkələrindən soruşmaq istəyirəm: siz faşizmi unutmuzunuz? Mənə təminatla bağlı söz verən Qərb ölkələrinin nazirlərindən heç olmasa Ukrayna xalqına təminat verilməsini istəyirəm”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
Dünya 13:37
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Dünya 11:58
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Dünya 09:28
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Dünya 09:14
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Dünya 09:00
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Dünya 23:35
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Dünya 23:00
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Dünya 22:50
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol