Rusiya MN-dən Ukrayna limanlarına gedən gəmilərə xəbərdarlıq
Taxıl sövdələşməsinə xitam verilməsi ilə əlaqədar iyulun 20-də Moskva vaxtı ilə saat 00:00-dan etibarən Rusiya Ukraynanın Qara dənizdəki limanlarına gedən bütün gəmiləri hərbi yükdaşıyıcı hesab edəcək.
Bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Müdafiə Nazirliyində məlumat verilib.
"Qara dənizin beynəlxalq sularının şimal-qərb və cənub-şərq hissəsindəki bir sıra dəniz əraziləri naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib. Dənizçilərə təhlükəsizlik zəmanətlərinin geri götürülməsi ilə bağlı müəyyən edilmiş qaydada müvafiq məlumat xəbərdarlıqları edilib”, - Rusiya Müdafiə Nazirliyi qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox