Yeni Zelandiyada atışma: 3 ölü, ən azı 10 yaralı
Yeni Zelandiyada 2023-cü il iyulun 20-də səhər saatlarında bomba və ov tüfəngi ilə silahlanmış silahlının təmir işləri aparılan binaya hücumu nəticəsində iki mülki şəxs həlak olub, silahlı şəxs də ölüb. Bu barədə New Zealand Herald məlumat yayıb.
Silahlının 24 yaşlı Matu Tanqi Matua Reid olduğu müəyyənləşib. O, məişət zorakılığına görə, ev həbsində idi və tikinti sahəsinə getməyə icazəsi var idi.
Ən azı 10 nəfər yaralanıb, o cümlədən bir polis məmuru ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Baş nazir Chris Hipkins axşam saat 5-də keçirilən mətbuat konfransında bütün xalqın yas tutduğunu söyləyib.
"Qurbanlar hər səhər olduğu kimi bu səhər işə getdilər, lakin bu axşam evə gəlməyəcəklər”, - Hipkins söyləyib.
Hipkins iki polis məmuruna atəş açıldığını və fikirlərinin onlarla olduğunu deyib.
"Onlar Yeni Zelandiya qəhrəmanlarıdır", - Hipkins bildirib.
www.anews.az

Rabia Hale Seferoğlu
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox