İsveç polisi Stokholmda Quranı yandırmağa icazə verib
İsveç polisi Quranın və İraq bayrağının yandırılması planlaşdırılan etiraz aksiyasına icazə verib. Bu məlumatı TV4 kanalı yayıb.
Aksiya iyulun 20-nə planlaşdırılıb və İraqın Stokholmdakı səfirliyinin yaxınlığında keçiriləcək. Etirazın təşkilatçıları iyunda Stokholmda məscidin yaxınlığında Quran yandıran eyni iki şəxsdir.
Ötən ay müsəlmanların Qurban bayramının ilk günündə Stokholmdakı məscidin qarşısında bir nəfər Quranı yandırıb. Bu aksiyaya İsveç polisi icazə verib. Türkiyə bu hərəkəti pisləyərək onu "alçaq və anti-İslam" adlandırıb, Mərakeş isə öz səfirini İsveçdən geri çağırmaq qərarına gəlib .
Daha sonra yüzlərlə iraqlı etiraz etmək üçün Bağdaddakı İsveç səfirliyi qarşısında toplaşıb. Bir neçə onlarla insan səfirliyin həyətinə girməyə cəhd edib, lakin polisin gəlişindən sonra onlar missiya ərazisini tərk ediblər. İraq Xarici İşlər Nazirliyi Quranı yandıran şəxsin 37 yaşlı Salvan Momik adlı iraqlı qaçqın olduğunu bildirib və İsveçdən onu ekstradisiya etməyə çağırıb.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox