• $
  • £

Rusiya vətəndaşlarının səfər etdiyi ölkələr... - Siyahıda Azərbaycan da var

Rusiya vətəndaşlarının səfər etdiyi ölkələr... - Siyahıda Azərbaycan da var
20.07.2023 15:01
Rusiya vətəndaşları 2023-cü il yay tətiləri üçün Türkiyə, Ermənistan, Qazaxıstan, Özbəkistan, Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Rusiya mətbuatı yazıb. 

Məlumata görə, istifadəçilərin 81%-i yayı Rusiyada, 8%-i qonşu ölkələrdə, 11%-i isə uzaq xaricdə keçirəcək.

Keçən həftə səyahət planlaşdırma xidməti OneTwoTrip müştəriləri arasında sorğu keçirdi və onların Avropaya səyahətə münasibətini öyrəndi.

Məlum olub ki, sorğuda iştirak edən respondentlərin yarıdan çoxu, yəni 51,8%-i Avropa ölkələrində olub. Bununla belə, indi orada az adamın tətil etmək imkanı var: yalnız 18,7% açıq Şengen vizası var və bu il yalnız 11,1% Avropaya səfər edə bilib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2023-cü ilin altı ayında Azərbaycana 920 minədək turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44% artım deməkdir. 
 
Gələn turistlərin böyük faizi Rusiyanın payına düşüb. Belə ki, Azərbaycana gələnlərin 32,9 faizi Rusiya, 19,2 faizi Türkiyə, 7,7 faizi İran, 5,2 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,3 faiz olmaqla Pakistan və Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faizi olmaqla Belarus və Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faizi olmaqla Böyük Britaniya və Türkmənistan, 12,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol