• $
  • £

SOCAR və “TotalEnergies” II fazaya başlamağa hazırlaşır

SOCAR və “TotalEnergies” II fazaya başlamağa hazırlaşır
21.07.2023 07:44
Azərbaycanın SOCAR və Fransanın  "TotalEnergies” şirkəti "Abşeron” qaz-kondensat yatağının işlənməsinin II fazası çərçivəsində görülən işləri müzakirə edib. Bu barədə SOCAR məlumat yayyıb. 

"SOCAR-ın  prezidenti Rövşən Nəcəf cümə axşamı Fransanın "TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jan-Lük Giziou ilə görüşüb. "Görüş zamanı Xəzər dənizindəki "Abşeron" qaz-kondensat yatağının işlənməsi layihəsinin hazırkı vəziyyəti müzakirə edilib və Azərbaycanın hasilat potensialının artırılmasının zəruriliyi qeyd edilib", - SOCAR-ın məlumatında deyilir.

Tərəflər həmçinin yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

Hazırda hasilatın birinci mərhələsi çərçivəsində "Abşeron” yatağından gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil edilir.

2023-cü il iyulun 10-da "TotalEnergies” və SOCAR Xəzər dənizindəki "Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilata başlandığını elan ediblər.

"Abşeron” yatağının işlənməsini "Absheron Petroleum B.V.” Müştərək Əməliyyat Şirkəti həyata keçirir. (JOCAP) SOCAR Abşeron (50%) və TOTAL E&P Absheron (50%) tərəfindən yaradılıb.  Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kvadrat metrdir. 

Abşeron bloku Bakıdan 100 km aralıda, 500 metr dərinlikdə yerləşir.
 
2019-cu ildə SOCAR və TOTAL şirkəti "Abşeron” yatağında dərinliyi 7411 metr olan "ABD-001” istismar-qiymətləndirmə quyusunun qazılmasını başa çatdırıb.
 
İlkin hesablamalara görə, yatağın ehtiyatları 300 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.

Birinci mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə ən yüksək həddə ildə təxminən 5 milyard kubmetr qaz hasil edə bilər. Yataqdan həmçinin gündəlik təxminən 10 000 barel kondensat hasil ediləcəyi nəzərdə tutulub. 
 
"Abşeron" yatağından çıxan qaz Azərbaycan qaz sisteminə daxil olur. İkinci fazada isə bu qazın xarici şirkət tərəfindən ixrac ediləcəyi də istisna edilmir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
İqtisadiyyat 14:48
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Orta illik inflyasiya martda dəyişməyib
İqtisadiyyat 14:15
Orta illik inflyasiya martda dəyişməyib

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 14:10
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
İqtisadiyyat 14:02
Azərbaycanın xarici dövlət borcu 8%-ə yaxın azalıb
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
İqtisadiyyat 13:30
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
İqtisadiyyat 12:56
Hesablama Palatası rəqəmsal audit sisteminə keçir
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
İqtisadiyyat 12:32
Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
İqtisadiyyat 11:57
Büdcədə 299,1 milyon manat uçot uyğunsuzluğu aşkar olunub - sədr
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
İqtisadiyyat 11:40
Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol