Ukrayna Amerika mərmilərindən istifadə edir - Vaşinqton TƏSDİQLƏDİ
Ukrayna təxminən son 7 gündür ki, ABŞ-ın göndərdiyi kaset bombalarından Rusiya ilə müharibədə istifadə edir. Bunu cümə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Bu barədə Reuters məlumat verir.
O, Ukrayna Silahlı Qüvvələrinin artıq Vaşinqtonun göndərdiyi kassetli bombalardan istifadə etməyə başlayıbmı sualına müsbət cavab verib.
"Biz onları mümkün qədər tez ora çatdırdıq. Ancaq onları cəbhə xəttində hərbçilərə necə və dəqiq nə vaxt təhvil verdiklərini əlbəttə bilə bilmərik. Bu sualı yaxşı olar ki özlərinə verəsiz", - Kirbi deyib.
O, ixracın 7 gün əvvəl həyata keçirildiyini də əlavə edib.
"Mən deyərdim ki, bu, təxminən bir həftə əvvəl baş verib. Düzünü desəm, tarixi dəqiq bilmirəm”, - Kirbi bildirib.
Kirbinin sözlərinə görə, ukraynalılar sursatlardan "düzgün və səmərəli" istifadə edirlər və bu, artıq döyüş meydanında müəyyən təsir göstərir.
Ukraynanın ABŞ-dan aldığı kassetli bombalardan istifadə xəbərini "The Washington Post” Ukrayna rəsmilərinə istinadən yazmışdı.
Onlar bildiriblər ki, kaset sursatları Ukraynanın cənub-şərqində Rusiya qüvvələrinə qarşı "Ukraynanın yay hücumunu ləngidən güclü möhkəmləndirilmiş Rusiya mövqelərini məhv etmək üçün” istifadə olunur.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox