Lirənin ucuzlaşması Azərbaycana necə təsir edecək - Deputat açıqlayır

Türkiyə Mərkəzi Bankı cümə axşamı keçirilən iclasdan sonra əsas uçot dərəcəsini 2,5 faiz bəndi artırdı və yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi əvvəlki 15 faizdən 17,5 faizə yüksəldi. Trading Economics analitiklərinin fikrincə, onlar artımın 20%-ə çatacağını gözləyirlər.
"Əlaqəli ölkələrdə inflasiyanın sürətlənməsi, bir neçə ölkədə eyni anda baş verirsə, o zaman həmin ölkənin daxilində valyutasının ucuzlaşması prosesinə təsir eləyir. Məsələn, Azərbaycanın qonşularından indi həm Rusiyada , həm İranda valyuta ucuzlaşır. Digər tərəfdən, geniş əlaqələrimiz olan Türkiyə tərəfdən də valyuta ucuzlaşır. Bunun müəyyən dolaylı effektləri Azərbaycan valyutasının effektiv məzənnəsinə təsir edə bilər. Söhbət real məzənnədən getmir, bizdə məzənnə sabittir, 1,70 AZN-dir. Amma Mərkəzi Bank açıqlamasa da, manatın effektiv məzənnəsini ölçür və ona uyğun olaraq da neft fondundan hərraca valyuta çıxardır. Misal üçün, ötən gün çıxarılan hərracda təxminən 41 milyon ABŞ dolları valyuta satılıb. Amma ondan əvvəlki valyuta hərracında təxminən 30% aşağı dollar satılmışdı. Ondan da əvvəlki hərracda 19% az valyuta satılıı. Yəni nəzəri baxımdan demək istədiyim odur ki, qonşularımızda gedən inflasiya valyutaya bizim valyutaya təsir edir və bu da özünü manatın effektiv məzənnəsində göstərir”, - Akif Nəsirli bildirib.
Türkiyədəki uçot dərəcəsinin artırılması Türkiyə höküməti tərəfindən inflasiyaya qarşı görülmüş tədbirdir. Bu barədə Vahid Əhmədov bildirib.
"Türkiyədə iyun ayında illik inflasiya azalsa da, təqribən 40%-ə yaxındır. Bu ilin 6 ayında Azərbaycan Türkiyədən 1.14 milyard dollarlıq məhsul idxal edib. Bu bizim ümumi idxalımızın 14%-i deməkdir. Ölkəmizdə inflasiyaya təsir edən mühüm amillərdən biri də idxalın bahalaşmasıdır”, - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"2022-ci illə müqayisədə Türkiyə inflasiya dərəcəsi aşağı düşüb, amma bu yenə də yüksəkdir çünkü ilk 5 ayın yekunlarına əsasən, Türkiyədə qiymət artımları 40%-dən yüksək olub. Azərbaycan iqtisadiyyatına gəldikdə isə, bu Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi təsir etməyəcək. Amma Azərbaycan üçün Türkiyədə inflasiyanın tənzimlənməsi və bu ehtimal inflasiya dərəcəsinin əldə edilməsi vacibdir. Ona görə də, Azərbaycan üçün Türkiyədə həm inflasiya səviyyəsinin artırırılma araşdırması həm iqtisadi əlaqələr baxımından, həm lirənin məzənnəsinin stabilləşməsi vacibdir. Ona görə də, əgər uçot dərəcəsinin artırılması nəticə etibarı ilə Türkiyədə həm inflasiya səviyyəsinin tənzimlənməsinə, həm lirənin məzənnəsinin stabilləşməsinə getirib çıxardarsa iki ölkə arasındaki ticarət əlaqəsinin daha da genişlendirilməsinə getirib çıxarda bilər”, - deputat Vüqar Bayramov deyib.
Türkiyədə faiz dərəcəsi 2021-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb. Türkiyə Mərkəzi Bankının əvvəlki iclasında da faiz dərəcəsi dərhal 6,5 faiz bəndi artırılmışdı.
Rabia Hale Seferoğlu
www.anews.az
Türk lirəsi dollar qarşısında sürətlə dəyər itirir. Dollar-lirə əvvəlki sessiyanın bağlanışında 26,7877 lirədən 26,9368 lirəyə satılır. Bir sözlə, lirə təxminən 0,55% ucuzlaşır.
Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, lirənin ucuzlaşması manata mənfi təsir edə bilər.
"Əlaqəli ölkələrdə inflasiyanın sürətlənməsi, bir neçə ölkədə eyni anda baş verirsə, o zaman həmin ölkənin daxilində valyutasının ucuzlaşması prosesinə təsir eləyir. Məsələn, Azərbaycanın qonşularından indi həm Rusiyada , həm İranda valyuta ucuzlaşır. Digər tərəfdən, geniş əlaqələrimiz olan Türkiyə tərəfdən də valyuta ucuzlaşır. Bunun müəyyən dolaylı effektləri Azərbaycan valyutasının effektiv məzənnəsinə təsir edə bilər. Söhbət real məzənnədən getmir, bizdə məzənnə sabittir, 1,70 AZN-dir. Amma Mərkəzi Bank açıqlamasa da, manatın effektiv məzənnəsini ölçür və ona uyğun olaraq da neft fondundan hərraca valyuta çıxardır. Misal üçün, ötən gün çıxarılan hərracda təxminən 41 milyon ABŞ dolları valyuta satılıb. Amma ondan əvvəlki valyuta hərracında təxminən 30% aşağı dollar satılmışdı. Ondan da əvvəlki hərracda 19% az valyuta satılıı. Yəni nəzəri baxımdan demək istədiyim odur ki, qonşularımızda gedən inflasiya valyutaya bizim valyutaya təsir edir və bu da özünü manatın effektiv məzənnəsində göstərir”, - Akif Nəsirli bildirib.
Ekspertin fikrincə, Azərbaycan əgər daxili monopoliyadan azad olmuş olsaydı, yəni monopolist deyil rəqabətli bazarı olsaydı, məsələn, Türkiyə, Rusiya, İran malları Azərbaycanda aşırı dərəcədə ucuzlaşmalı idi.
"Türkiyədən mal gətirən sahibkarlar, idxalçılar o məzənnə fərqində udur. O mənbə ölkəsinin valyutası ucuzlaşanda məzənnə fərqində sahibkar udur. Amma idxal və bazar ixracda olduğuna görə, qiymətin maya dəyərinin aşağı düşməsinə reaksiya verməsini aradan qaldırırlar. Misal üçün, tutaq ki, mən Türkiyədən mal gətirirəm. Və 100 dollar bu mala xərc çəkmişəm, o 100 dolları lirəyə çevirəndə, mən o məzənnədə uduram və nəticədə malı daha ucuz gətirirəm Azərbaycana. Amma bu məhsulu məndən başqa gətirən yoxdur Azərbaycana. Ona görə də, mənim rəqibim yoxdur. Rəqibim olmadiğina görə də, o maya dəyərindən məzənnə fərqindən o əldə elədiyim ucuzlaşmanı qiymətdə əks elətdirmirəm. Mənim məhsulumun maya dəyəri aşağı düşüb amma mən qiyməti ucuzlaşdırmıram. Maya dəyərindən aşağı düşən hissəni özümə ayırıram və ucuzlaşma olmur”, - Akif Nəsirli vurğulayıb.
Türkiyədəki uçot dərəcəsinin artırılması Türkiyə höküməti tərəfindən inflasiyaya qarşı görülmüş tədbirdir. Bu barədə Vahid Əhmədov bildirib.
"Birincisi Mərkəzi Bankın uçot dərəcəsini 2,5% artması əlbəttə sadə bir məsələ deyildir. İdarə Həyətinin belə bir qərar qəbul etməkdə əsasları var. Faiz dərəcəsinin yüksəldilməsi müəyyən qədər pul-kredit sistemlərinə müəyyən qədər təsiri olan amillərdən biridir. Bütün bunları nəzərə alaraq belə bir qərar qəbul olunub. Onu da deyə bilərəm ki, Türkiyə iqtisadiyyatında gedən proseslər stabilləşməyə gedəcək. Amma bunun üçün müəyyən qədər vaxt lazımdır. Aparılan islahatlar onu deməyə əsas verir ki, islahatlar düz istiqamətdə aparılır. İqtissadi sabitliyi qorumaq üçün belə bir addımlar atılıb. Orada bank tərəfindən faizlər qaldırılıb. Əlbəttə ki, Azərbaycan iqtisadiyyatı necə ki Rusiya iqtisadiyyatıyla sıx əlaqədədir Türkiyə ilə də elədir. Amma mən elə fikirləşirəm ki, Türkiyədəki bu dəyişikliklərin Azərbaycan iqtisadiyyatına elə ciddi bir təsiri yoxdur. Əksinə orada mallar ucuzlaşdıqca Azərbaycan oradan kifayət qədər mal idxal edir. İtaliyadan sonra bizim əsas ticarət tərəfdaşımız Türkiyədir. Yəni elə ciddi bir problem yoxdur. Neftin qiyməti yüksək deyil, ehtiyyat kifayət qədərdir. Mərkəzi Bank tərəfindən pul kütləsinə böyük nəzarət mexanizmi həyata keçirilir. İqtisadiyyatda stabillik qorunub saxlandığına görə mən elə ciddi bir problem görmürəm. Biz xaricdən çoxlu mallar idxal edirik. O cümlədən, Türkiyədən. Türkiyədə inflasiya demək, o inflasiya Azərbaycana idxal olunanda qiymət artımı deməkdir. Buna görə də, Türkiyədə hökümət tərəfindən inflasiya tədbirləri həyata keçirilir”, - Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib.
O həmçinin bildirib ki, İqtisadiyyat nazirliyimiz bazarlarda monitorinqlər keçirməlidir və bu monitorinqlər daha da genişləndirilməlidir.
İdxalımızda mühüm paya malik olan Türkiyədə inflasiyanın azalmasına nail olunması Azərbaycanda da inflasiyanının azaldılmasına müsbət təsir göstərəcəkdir. Tahir Mirkişili bu barədə açıqlayıb.
"Türkiyədə iyun ayında illik inflasiya azalsa da, təqribən 40%-ə yaxındır. Bu ilin 6 ayında Azərbaycan Türkiyədən 1.14 milyard dollarlıq məhsul idxal edib. Bu bizim ümumi idxalımızın 14%-i deməkdir. Ölkəmizdə inflasiyaya təsir edən mühüm amillərdən biri də idxalın bahalaşmasıdır”, - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"2022-ci illə müqayisədə Türkiyə inflasiya dərəcəsi aşağı düşüb, amma bu yenə də yüksəkdir çünkü ilk 5 ayın yekunlarına əsasən, Türkiyədə qiymət artımları 40%-dən yüksək olub. Azərbaycan iqtisadiyyatına gəldikdə isə, bu Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi təsir etməyəcək. Amma Azərbaycan üçün Türkiyədə inflasiyanın tənzimlənməsi və bu ehtimal inflasiya dərəcəsinin əldə edilməsi vacibdir. Ona görə də, Azərbaycan üçün Türkiyədə həm inflasiya səviyyəsinin artırırılma araşdırması həm iqtisadi əlaqələr baxımından, həm lirənin məzənnəsinin stabilləşməsi vacibdir. Ona görə də, əgər uçot dərəcəsinin artırılması nəticə etibarı ilə Türkiyədə həm inflasiya səviyyəsinin tənzimlənməsinə, həm lirənin məzənnəsinin stabilləşməsinə getirib çıxardarsa iki ölkə arasındaki ticarət əlaqəsinin daha da genişlendirilməsinə getirib çıxarda bilər”, - deputat Vüqar Bayramov deyib.
Türkiyədə faiz dərəcəsi 2021-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb. Türkiyə Mərkəzi Bankının əvvəlki iclasında da faiz dərəcəsi dərhal 6,5 faiz bəndi artırılmışdı.
Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 