Dünya əhalisinin 60%-dən çoxu sosial mediadan istifadə edir
Kepios rəqəmsal konsaltinq firmasının araşdırmasına görə, təxminən beş milyard insan və ya dünya əhalisinin 60%-dən bir qədər çoxu sosial medianın aktiv istifadəçisidir.
Qeyd olunur ki, sosial media istifadəçilərinin sayı 2022-ci illə müqayisədə 3,7% artaraq bütün internet auditoriyasının sayına (5,19 milyon nəfər) yaxınlaşıb. İnsanların sosial mediada keçirdikləri vaxtın miqdarı da artıb və gündə orta hesabla 2 saat 26 dəqiqə olub.
16-24 yaşlı qadınlar sosial şəbəkələrdə ən çox vaxt keçirir, 55-64 yaşlı kişilər isə ən az aktivdirlər.
Sosial şəbəkələrin orta istifadəçisinin yeddi platforma ilə əlaqəsi var, onlardan ən populyarları WhatsApp, Instagram və Facebook-dur (Meta-ya məxsus, Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınıb və qadağan olunub).
Tədqiqatçıların fikrincə, insanların sosial şəbəkələrdə keçirdikləri vaxt bölgədən əhəmiyyətli dərəcədə asılıdır. Belə ki, Şərqi və Mərkəzi Afrikada hər 11 nəfərdən yalnız biri sosial şəbəkələrdən istifadə edir. Hazırda dünyanın ən sıx ölkəsi olan Hindistanda bu rəqəm hər üç nəfərdən biridir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox