6 ayda sığortadan nə qədər pul yığılıb
2023-cü ilin altı ayında sığortadan 648,945 milyon manat vəsait toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Altı ayda sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 225,032 milyon manat təşkil edib.
İyulun 17-də Mərkəzi Bankın baş direktoru Ziya Əliyev vurğulayıb ki, ilin sonuna kimi ölkə üzrə sığorta haqlarının məbləğinin 1,2-1,3 milyard manat olacağını proqnozlaşdırır.
Azərbaycanda hazırda 20 sığorta şirkəti fəaliyyət göstərir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox