• $
  • £

Laçında 800 evə internet çəkilir

Laçında 800 evə internet çəkilir
24.07.2023 15:13
"Aztelekom” Laçında 800 evdə internetin verilməsi üçün şəbəkə quraşdırıb. Bu barədə "Aztelekom” dan məlumat verilib. 
 
Bildirilib ki, yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Sözügedən paketləri əldə edən abunəçilər tək internet xidməti deyil, "internet + telefoniya”, "internet + televiziya (ikisi birində)” və "internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər.
 
İndiyədək Laçınna 503 nəfərdən ibarət 133 ailə köçürülüb.  
 
Bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın  dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub.

Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı didərgin düşüb, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol