• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

ABŞ Qubad İbadoğlunun həbsi ilə bağlı vəziyyəti diqqətlə izləyir

ABŞ Qubad İbadoğlunun həbsi ilə bağlı vəziyyəti diqqətlə izləyir
24.07.2023 23:13
ABŞ-ın Azərbaycandakı səfirliyi müxalif siyasətçi Qubad İbadoğlunun həbsi ilə bağlı vəziyyəti diqqətlə izləyir. Bu barədə  ABŞ Azərbaycandakı səfirliyindən "Amerikanın Səsi" radiosunun Azərbaycan xidmətinin sorğusuna cavab olaraq bildirilib.

"Biz Qubad İbadoğlunun həbsini diqqətlə izləyirik. Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, - ABŞ diplomatik missiyası vurğulayıb.

İbadoğlu iyulun 23-də günorta saatlarında saxlanılıb. Bazar ertəsi ona  Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, habelə mütəşəkkil dəstənin tərkibində saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.  Bu maddə ilə onu 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Bu gün məhkəmə onu 3 il 26 gün  müddətinə istintaq müddətinə  həbs edib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol