BMT-nin baş katibi Rusiyanı taxıl sazişinə qayıtmağa çağırıb
BMT-nin baş katibi Antonio Quterreş Rusiyanı "son təklifinə uyğun olaraq” taxıl sazişində iştirakını bərpa etməyə çağırıb. Bu barədə Anadolu agentliyi Dünya Təşkilatının rəhbəri Romada BMT-nin qida sistemləri üzrə sammitində çıxışına istinadan məlumat verib.
"Qara Dəniz Təşəbbüsünün sona çatması ilə ən həssas təbəqə ən yüksək qiyməti ödəyəcək. Artıq hər kəsin əziyyət çəkdiyi buğda və qarğıdalının dünya qiymətlərinə mənfi təsirini görürük”,- BMT rəsmisi bildirib.
Quterreşin sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi minlərlə gəmidən istifadə etməklə Ukrayna və Rusiya Federasiyasının limanlarından 32 milyon tondan çox ərzaq məhsulunu təhlükəsiz ixrac etməyə imkan verib.
O, taxıl müqaviləsinin 2022-ci illə müqayisədə 23% ucuzlaşan dünya ərzaq qiymətlərinin sabitliyinin təmin edilməsinə mühüm töhfə verdiyini qeyd edib.
www.anews.az

İyulun 17-də Rusiya taxıl müqaviləsində iştirakın dayandırıldığını elan edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox