Ərzaq böhranı Azərbaycana necə təsir edəcək - Ekspert açıqlayır

Dünya ərzaq böhranı ilə üz-üzədir. Planetdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin kəskinləşməsinin əsas amilləri kimi müəlliflər Rusiyanın taxıl sazişindən çıxmasını, Avropa və Amerikada misli görünməmiş istiləri, həmçinin Hindistanın düyü ixracına tətbiq etdiyi məhdudiyyətləri qeyd edirlər. Bu barədə Bloomberg məlumat verib.
İqtisadçı ekspert Eldəniz Əmirovin fikrincə, Beynəlxalq təşkilatlar ərzaq təhlükəsizliyi ilə bağlı verdikləri proqnozlarla daha çox təlaş yaradırlar.
"Beynəlxalq təşkilatlar bilavasitə ərzaq təhlükəsizliyi ilə bağlı həddindən artıq proqnozlar verirlər və bununla da daha çox təlaş yaradırlar. Nə Azərbaycanda, nə də dünyada verilən proqnozlar qədər qorxulu heç nə baş verməyəcək. Bunu dəfələrlə həm mətbuatda, həm sosial media şəbəkələrində, həm də televiziyada müxtəlif faktlarla əsaslandırmışam. Belə ki, 2018-də də, 2019-da da, 2020-də də, əgər BMT-nin və ya Dünya Bankının verdiyi proqnozlara baxsaq, 2020 və 2021-ci ildə əhalinin böyük hissəsi aclıqdan qırılmalı idi. Amma bu gün biz görürük ki, deyilən proqnozlar həmişə reallıqdan daha çox qorxulu göstərilir”, - iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu problemlər hər hansı bir böyük bir təlatümlərin yaşayacağına gətirib çıxarmayacaq.
"Hindistanın düyüyə qadağa qoyması, Rusiyanın taxıl sazişindən çıxması ərzaq təhlükəsizliyi sahəsində problemlər yaradacaq. Amma bu problemlər hər hansı bir böyük bir təlatümlərin yaşayacağına gətirib çıxarmayacaq. Ona görə ki yox ki, dünya ölkələri və ya dünya təşkilatları bu problemlər qarşısında nəsə iş görürlər. Ona görə ki, dünya düzəninin özü elədir ki, bu sahədə pul qazanmaq istəyən sahibkarlar özlərinin fəaliyyətinin nəticəsində bu problemlər tədricən öz həllini tapacaqdır. Misal üçün, Hindistan düyü ixracına qadağa qoyub amma Hindistanda bu işi görən sahibkarlar var. Hindistan düyü ixracına qoyduğu qadağanı uzun müddət saxlaya bilməyəcək. Çünkü Hindistanın bu qərarı bilavasitə yerli bazarın ucuz düyüylə təmin edilməsinə həsablanıb. Amma sahibkarlar da axı ucuz düyü satmaq istəməyəcək. Neçə müddət Hindistan bu qadağanı belə qüvvədə saxlaya biləcək Davamlı saxlamaq mümkün olmayacaqdır. Putinin Türkiyəyə səfəri gözlənilir və bu zaman Putin və Ərdoğan arasında taxıl sazişiylə bağlı yenidən razılıq əldə olunacaq. Taxıl sazişi ilə bağlı razılıq əldə edilməsə, Rusiya ona qarşı çıxmayan bir neçə ölkələri də özündən uzaqlaşdıracaqdır. Buna görə də, taxıl sazişi yenidən qüvvəyə minəcəkdir. Yəni taxıl sazişi dedikdə, Ukrayna taxılının dünya bazarına çıxarılması prosesisindən söhbət gedir. Rusiya isə bunun təhlükəsizliyinə təminat vermir. Bu da Rusiyanın başqa bir aqqresiyasıdır. Yəni dünyanın ərzaq ehtiyacı ilə oynamaq həsab edirəm ki, nəinki müharibə qayda qanunlarına amma eyni zamanda humanizmə də zidd bir addımdır. Amma bütün bunlar o qədər də təhlükə yaratmayacaqdır ki, artıq ciddi şəkildə hər hansısa bir böhran yaşansın”, - Eldəniz Əmirov deyib.
Onun fikrincə, 2022-ci ilin aprel-mayında yaranan taxıl böhranı yenidən yaşana bilməz çünkü o dövrdə bu prosesin necə gedəcəyini ölkələr bilmirdi deyə müəyyən qədər problemlər yaşandı. Amma göründüyü kimi artıq 2022-ci il aprelin sonlarından bəri taxılın qiyməti enə-enə gedir.
"Qafqazda ən böyük zərəri Ermənistan yaşayacaqdır. Ona görə ki, Ermənistan Azərbaycanla sülh sazişini bağlamayıb. Azərbaycanın isə ərzaq təhlükəsizliyi barədə heç bir problem yoxdur. Düzdür, Azərbaycanda inflasiya arz olunan səviyyədə deyil. 12,7%-dir. Cənab prezident də müşavirədə bunun aşağı salınması üçün hökümətə tapşırıqlar verdi. Zamanla görəcəyik ki, bu tapşırıqlar riayət olunubmu. Amma təəssüf ki, iqtisadi sistem elə bir sistemdir ki, onu tapşırıqlarla idarə etmək çətin olur. İqtisadi cəhətdən güclü olmaq mütləqdir ki, inflasiya yuxarı olmasın, ərzaq təhlükəsizliyi normal təmin edilsin, sahibkarlıq fəaliyyəti stimullaşdırılsın. Yəni bütün bunlar inzibati üsullarla deyil, iqtisadi qaydalarla tənzimlənməsi zəruri bir prosesdir. Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı problem indiyə kimi olmayıb və indidən sonra da olmayacaqdır”, - Əmirov söyləyib.
Azərbaycanın strateji hətlərinə baxdıqda 2 istiqamət ən önəmli istiqamətdir. Biri hərbi strategiyadır, digəri isə ərzaq təhlükəsizliyi strategiyasıdır. Bu 2 istiqamətdə Azərbaycan həmişə uğurlu siyasət aparıb və buna da davam edəcəkdir. Bu barədə Eldəniz Əmirov fikirlərini deyib.
"Mən böhran yaşanması fikri ilə razı deyiləm, çünkü, əslində Amerika hakimiyyətinə yaxın mərkəzdə dünya iqtisadiyyatındaki böhranın digər istiqamətlərə yayındırmasına cəhd göstərirlər. Bunu biz artıq neçələrlə dəfə demişik. Əslində Rusiya taxıl sazişindən çıxmadan öncə də dünya iqtisadiyyatında ən kəskin böhran mövcud idi. Və o böhran onunla bağlı idi ki, kollektiv enerji siyasətində böyük səslərə və böyük boşluqlara yol verdi. Alternativ enerjinin az qala bütövlükdə ənənəvi enerjini əvəz edəcəyi ilə bağlı tamamilə əsaslı bir siyasət aparmağa başladı. Enerji çərçivəsində problemlər isə, ərzaq və ərzaq istehsalıyla bağlı problemləri şərtləndirdi. Və nəticədə biz görürük ki, enerji böhranı yayılmaqdadır. Bunun da sözsüz ki, istər gübrə hazırlığında, istər bütövlükdə kənd təsərrüfatı istehsalına sarsıdıcı təsirləri mövcuddur. Eyni zamanda, nəqliyyat logistik zəncirləri sınmaqdadır. Daşımalarda problem var. Həm də, dünya iqtisadiyyatının maliyyə sektorundan ayrılığı özünü göstərir. Bütün bunlar iqtisadi böhranı dərinləşdirdi. Və taxıl sazişinin olub olmamasından asılı olmayaraq, iqtisadiyyatda qeyri tarazlıqlar mümkündür. Qaldı ki, Azərbaycanın buna təsirinə, Azərbaycan öz daxili bazarını öz məhsullari ilə təmin edə bilmir. Vəziyyətdən çıxış yolu kimi, yerli istehsalın təkmilləşdirilməsi və genişləndirilməsi, idxalın əvəz olunması siyasətinin həyata keçirilməsi və regional iqtisadi əməkdaşlığın həyata keçirilməsi. Mən hesab edirəm ki, əgər biz qonşu dövlətlərlə o cümlədən Rusiya ilə iqtisadi əlaqələrimizi qura bilsək, o zaman bizim ərzaq böhranı ilə ciddi bir problemimiz olmayacaq. Bu gün məlumdur ki, Rusiya kənd təsərrüfatı məhsulları istehsalının nöqtəyi nəzərindən, qübrə istehsalı baxımından, taxıl tədarükü baxımından bölgədə və dünyada böyül paya malik olan ölkədir. Rusiya ilə iqtisadi əlaqələrimizi möhkəmləşdirsək, ərzak böhranı və bölgədə istehlak bazarında kənd təsərrüfatı məhsulları ilə bağlı təminat nöqtəyi nəzərindən ciddi bir problem olmayacaq”, - iqtisadçı professor Elşad Məmmədov vurğulayıb.
O həmçinin bildirib ki, əgər regional iqtisadi əməkdaşlıq olmazsa, deyil Qafqaz ölkələri bütün dünya çox ciddi ərzaq böhranı ilə üz-üzə qalacaq. Ona görə də, bizim regional iqtisadi əməkdaşlıq siyasətini etməyimiz məcburidir.
Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 