"Azərişıq" ASC-nin Qarabağda olan abonentlərinin sayı açıqlanıb

Qarabağın işğaldan azad edilmiş ərazilərində "Azərişıq" ASC-nin 932 abonenti var. Onlardan 387-i əhali, 279-u isə qeyri-əhali qrupuna aid abonentlərdir. Bunu Azərişıq ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmədzadə bildirib.
Onun sözlərinə görə, "Azərişıq"-ın hazırda Şuşada - 332, Xocavənddə - 148, Cəbrayılda - 61, Zəngilanda - 117, Qubadlıda - 104, Laçında - 82, Kəlbəcərdə - 88 abonenti var.
"Azərişıq” ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədov anews.az-a açıqlamasında bildirib ki, hazırda Qarabağa köçürülən Azərbaycan vətəndaşları bu siyahıya daxil deyil. Çünki indiki mərhələdə onların ödənişləri dövlət tərəfindən ödənilir.
Siyahıda olan abonentlər Qarabağda yaşayan və işləyən şəxslərdir.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 