• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Paşinyan Moskvadakı görüşdən Laçın dəhlizinin açılması ilə bağlı qərar gözləyir

Paşinyan Moskvadakı görüşdən Laçın dəhlizinin açılması ilə bağlı qərar gözləyir
25.07.2023 17:04
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramovun çərşənbə axşamı Moskvada keçiriləcək görüşündən Laçın dəhlizinin açılması ilə bağlı qərar gözləyir. Bu barədə o, çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

"Mən gözləyirəm ki, Moskvada sülh müqaviləsinin daha bir neçə bəndi üzrə razılığa gəlmək mümkün olacaq və Laçın dəhlizinin açılması üçün həll yolları tapılacaq", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.

"Biz BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri ilə daim təmasdayıq. Və təşkilata Laçın dəhlizi məsələsi ilə bağlı müraciət bizim edə biləcəklərimizdən biridir, bu çətin deyildir. Bir saat ərzində BMT Təhlükəsizlik Şurasına müraciət edə bilərsiniz. Məsələ bu müraciətlə bağlı qərarın qəbul edilib-edilməyəcəyidir. Məsələ burasındadır. Əgər belədirsə, onda nə olacaq. Unutmayaq ki, bu, Şura müvafiq siyasi qurumudur və Şuranın üzvü olan dövlətlər səviyyəsində müzakirə etməliyik”, - Paşinyan bildirib.

İyulun 24-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol