• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Moskvada üçtərəfli görüş başa çatıb - YENİLƏNİB 2

Moskvada üçtərəfli görüş başa çatıb - YENİLƏNİB 2
25.07.2023 21:53
25 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli, daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşlər keçirib. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşlərdə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.

Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu bildirilib. Bu məqsədlə, eyni zamanda Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasının zəruri tədbir olduğu diqqətə çatdırılıb. 

Sərhəd buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfindən 15 iyun tarixində keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin keçidinə maneçilik törətdiyi Nazir tərəfindən bildirilib. Hazırda, Azərbaycan tərəfindən erməni sakinlərin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb.

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün "Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub. 

Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən  çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.

20:23

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb.

Bu barədə "Report” məlumat yayıb.

Səfər çərçivəsində nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunu keçirməyi planlaşdırıblar.

 18:01

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

Bu barədə TASS məlumat yayıb.

XİN rəhbərləri Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasını, eləcə də digər məsələlərin həlli üçün mümkün variantları müzakirə edəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Siyasət 21:07
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
Siyasət 20:25
Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Siyasət 19:21
“Bloomberg”in Azərbaycanda akkreditasiyası ləğv edilib
Əliyevin Qvineya-Bisau Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Siyasət 16:43
Əliyevin Qvineya-Bisau Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub
Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 15:28
Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Zamanında qadınların sözünə baxılsaydı, bəlkə də müharibələr olmazdı - Deputat
Siyasət 14:51
Zamanında qadınların sözünə baxılsaydı, bəlkə də müharibələr olmazdı - Deputat
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Siyasət 10:26
Əliyev Ərdoğanı yenidən AK Partiyə sədr seçildiyinə görə təbrik edib
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Siyasət 21:52
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Siyasət 16:09
Hüquq müdafiəçiləri İlham Əliyevə təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol