İsrail vətəndaşlarının bir hissəsi qanuna etiraz olaraq ölkəni tərk etmək istəyir
İsrail vətəndaşlarının təxminən 28%-i məhkəmə islahatlarının qəbulu ilə əlaqədar xaricə getməyi düşünür. 64%-i ölkəni tərk etmək fikrində deyil, daha 8%-i suala cavab verə bilməyib. 54% islahatın İsrailin təhlükəsizliyinə mənfi təsir edəcəyindən, 56% isə mümkün vətəndaş müharibəsi ilə bağlı qorxusunu bildirib. Bu barədə ölkənin kanal 13-nə dair açıqlanan sorğuda qeyd olunub.
Respondentlərdən bu gün seçki keçirilsə, kimə səs verəcəkləri də soruşulub. Sorğunun nəticələrinə görə, parlamentdəki 120 yerdən 30-nu Benni Qantsın rəhbərlik etdiyi Ha-mahane ha-mamlahti alyansı, Likud isə cəmi 25 yer qazanacaqdı. Müxalifət lideri Yair Lapidin Yeş Atid partiyası parlamentdə 17 yer tutacaqdı. Qalan partiyalar və koalisiyalar on və ya daha az mandat alacaqdılar. Beləliklə, indiki müxalifət çoxluq təşkil edəcək.
Sorğuda 711 nəfər iştirak edib.
İsraildə məhkəmə islahatları
Etiraz hərəkatının təşkilatçıları sona qədər mübarizə aparacaqlarını və "görünməmiş demokratik hərəkat” qaldırdıqları üçün etiraza çıxanlara təşəkkürlərini bildirirlər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox