Ermənilər niyə Ağdam-Xankəndi yolundan istifadə etmir? - ŞƏRH

2023-cü il iyulun 26-da Ermənistandan Xankəndinə doğru bir qrup humanitar yük maşını Laçın nəzarət-buraxılış məntəqəsinə doğru yola düşüb. Artıq 20 saatdan artıqdır ki, yük maşınları buraxılış məntəqəsində gözləyirlər. Azərbaycan tərəfi humanitar yüklərin yalnız Ağdamdan verilə biləcəyini qeyd edir. Ermənilər isə hələ də Laçın yolundan keçməkdə israrlıdır.
Azərbaycan Ermənistanı suverenliyi əleyhinə təxribatda günahlandırır.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib. Həmin bəyanatda qeyd edilir ki, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir.
Əgər ermənilərin yük maşınlarını keçirmək üçün alternativ yolu varsa, niyə həmin yoldan istifadə etmir?
Millət vəkili Sahib Əliyevin sözlərinə görə, ermənilər bu hərəkətlərlə 2020-ci ilin payızından sonra yaranmış reallığı dəyişməyə çalışır.
Blokadada olduqlarını bütün dünyaya car çəkən, eyni zamanda da Ağdam-Xankəndi yolunu beton dirəklərlə bağlayan və dünəndən başlayaraq Laçın yolunda dırnaq arası humanitar şou yaradan ermənilərin bir məqsədi var. Onlar istəyirlər ki, 2020-ci ilin payızından sonra yaranan reallığı dəyişsinlər. Onların bu ardıcıl cəhdləri və təxribatları sonda doğrudan da indiki reallığın dəyişməsinə gətirib çıxara bilər. Amma bu reallığın dəyişməsi qətiyyən onların maraqlarına cavab verməyəcək. Əgər onlar düşünürlərsə ki, indiki reallığı öz xeyirlərinə yönələn yenisi ilə əvəzləyəcəklər, tamamilə yanılırlar. Hətta, onlara açıq və gizli havadarlıq edənlər belə, indiki hərəkətlərinin sonda Ermənistanın bir dövlət kimi yer üzündən silinməsinə aparıb çıxaracağını deməkdən çəkinmirlər", - deputat deyib.
Politoloq Fikrət Sadıqov bildirir ki, remənilərin burada yeganə məqsədi dünyanın diqqətini öz üzərinə
çəkməkdir.
"Ermənilərin Qarabağdakı hərbi xuntası və Yerevan rəhbərliyi yaxşı anlayır ki, söhbət heç bir blokadadan getmir. Laçın yolu açıqdır. Sadəcə olaraq orada bizim sərhəd postumuz yaranıb. Oradan keçən maşın və insanlar yoxlanılaraq sərbəst şəkildə digər tərəfə buraxılırlar. Digər tərəfdən də biz Ağdam-Xankəndi yolunu təklif etmişik. Bu təklif Brüsseldə Şarl Mişel tərəfindən yüksək qiymətləndirilib. İndi Ermənilər özləri özlərini blokadaya salıblar. Təklif edilən Ağdam-Xankəndi yoluna dəmir betonlar quraşdırıblar. Sonra isə yardımı oradan almaq istəmədiklərini deyirlər. Bu o deməkdir ki, onların məqsədi dünyanın diqqətini buraya cəlb etməkdir. Əgər onlar alternativ yoldan istifadə edərlərsə, blokada ifadəsi olmayacaq və saxta fikir formalaşdıra bilməyəcəklər. Onlar düşünürlər ki, bununla nəyəsə nail ola biləcəklər. Bu da çox absurd bir mövqedir. Qarabağda heç bir blokada yoxdur və onlar çox firavan şəkildə yaşayırlar. Bunu bir sıra sosial şəbəkələrdə olan görüntülər də təsdiq edir”, - politoloq bildirib.
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar. Separatçı rejimin rəhbəri Araik Artuyunybağlayan iyuulun 17-də aksiyaya qoşulsa da bu gün aksiyanı dayandırdığını elan edib.
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsi ilə maşınların hərəkətini müvəqqəti dayandırıb.
2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər