SOCAR ilin ikinci rübünün nəticələrini açıqladı
Bu ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 19 min metrə1 yaxın qazma işləri həyata keçirilib.
Hesabat dövründə şirkət tərəfindən 1.9 milyon tondan2 çox neft, 2,2 milyard kubmetrdən3 çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki illin analoji dövrü ilə müqayisədə 14,3% artım qeydə alınıb.
Şirkətdən bildirilib ki, hesabat dövründə ölkə üzrə ümumilikdə 7,5 milyon ton4 neft və 11,9 milyard kubmetr5 qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5% artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,6 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə təqribən 68 milyon kubmetr7 təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə 7 milyon tondan8 çox neft, 5,6 milyard kubmetrdən9 çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 4,2% artım qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox